Rusiya, ABŞ və Ukrayna Əbu-Dabidə danışıqlara başlayırlar
İlk görüş Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, NATO və Avropa Komissiyasının nümayəndələri ilə keçirilir YENİLƏNİR
12:18
Ukrayna nümayəndə heyətinin avropalılar və Trampın elçiləri ilə görüşü Əbu-Dabidə başlayıb.
İlk görüş Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, NATO və Avropa Komissiyasının nümayəndələri ilə keçiriləcək və onlara ABŞ-ın xüsusi nümayəndələri - Stiv Vitkoff və Cared Kuşner də qoşulacaq.
Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Umerov bildirib ki, "Danışıqların növbəti mərhələsindən əvvəl mövqeləri müqayisə edəcək və addımları əlaqələndirəcəyik".
Növbəti görüşdə Ukrayna, ABŞ və Rusiyanın iştirakı ilə üçtərəfli format gözlənilir.
****
12:02
TASS-ın məlumatına görə, Rusiya, ABŞ və Ukrayna arasında Əbu-Dabidə üçtərəfli danışıqlar Bakı vaxtı ilə saat 11:50-də başlayıb.
Noyabrın 9-da Rusiya nümayəndə heyəti ABŞ və Ukrayna nümayəndələri ilə üçtərəfli danışıqlarda iştirak etmək üçün Əbu-Dabiyə gəlib. Görüşlər 10-11 noyabr tarixlərində keçiriləcək. Rusiya nümayəndə heyətinə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edib. Nümayəndə heyətinə xarici işlər nazirlərinin müavinləri Sergey Ryabkov və Mixail Qaluzin, Baş Qərargahın Baş İdarəsinin rəisi İqor Kostyukov və Baş Qərargahın Baş Əməliyyat İdarəsinin rəis müavini Yuri Jiqarlovski də daxil olub.
Danışıqlarda ABŞ-ı Prezidentin xüsusi elçisi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner təmsil edəcək.
Ukrayna nümayəndə heyətinə Xarici Kəşfiyyat Xidmətinin rəisi Rüstəm Umerov rəhbərlik edir. Danışıqlar qrupuna həmçinin Prezident Aparatının rəhbəri Kirill Budanov, onun birinci müavini Sergey Kıslıtsya və Ali Radadakı "Xalqın Xidmətçisi" fraksiyasının rəhbəri David Araxamia daxildir.
2 dəqiqə