Aİ Quranın yandırılmasını pisləyib
Bu barədə Aİ-nin Xarici Fəaliyyət Xidmətininin yaydığı bəyanatda qeyd olunub
Avropa İttifaqı (Aİ) İsveçdə Quranın yandırılmasını pisləyib. Bu barədə Aİ-nin Xarici Fəaliyyət Xidmətininin yaydığı bəyanatda qeyd olunub.
Qeyd olunur ki, Aİ İsveçdə bir şəxs tərəfindən Quranın yandırılmasını qəti şəkildə qınayan İsveç Xarici İşlər Nazirliyinə qoşulur.
"Bu akt heç bir halda Avropa İttifaqının fikirlərini əks etdirmir.
Quran və ya hər hansı digər müqəddəs kitabı yandırmaq təhqiramiz hərəkətdir, hörmətsizlikdir və açıq-aşkar təxribatdır. İrqçilik, ksenofobiya və dözümsüzlüyün təzahürlərinə Avropada yer yoxdur", - bəyanatda deyilir.