ABŞ dövlət katibinin köməkçisi Şəhidlər xiyabanında
Bu barədə ABŞ-ın Bakıdakı səfirliyi sosial şəbəkələrdə paylaşım edib
Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr Şəhidlər xiyabanını ziyarət edib.
Bu barədə ABŞ-ın Bakıdakı səfirliyi sosial şəbəkələrdə paylaşım edib.
"Dövlət Katibinin Köməkçisi Kaleb Orrun rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçənlərin xatirəsini ehtiramla yad edib", - paylaşımda bildirilib.
1 dəqiqədən az