Paşinyan Vatikanda Papa XIV Leo ilə görüşüb VİDEO/FOTO
Baş nazir bu barədə fotolarla birlikdə "Facebook" səhifəsində məlumat verib

Ermənistanın Baş naziri Nikol Paşinyan Vatikana işgüzar səfəri çərçivəsində Papa XIV Leo həzrətləri ilə görüşüb.
VIDEO
Baş nazir bu barədə fotolarla birlikdə Facebook səhifəsində məlumat verib.
Nikol Paşinyan oktyabrın 18-dən 20-dək Müqəddəs Taxt-tacda işgüzar səfərdədir.
Oktyabrın 19-da Nikol Paşinyan arxiyepiskop İqnasi Maloyanın və daha altı müqəddəsin müqəddəs Pyotr meydanında Papa XIV Leo-nun sədrliyi ilə keçirilən kanonizasiya mərasimində iştirak edib.
Səfəri çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Papa XIV Leo həzrətləri arasında şəxsi görüş nəzərdə tutulub.
Baş nazir Müqəddəs Taxt-Tacın dövlət katibi Pietro Parolin ilə də görüşəcək.