Viktor Orban İlham Əliyevə minnətdarlığını bildirib
Macarıstanın Baş naziri bunu Astanada TDT 10-cu yubiley sammitinin açılışında deyib

Macarıstanın Baş naziri Viktor Orban regionda vəziyyətin sabitləşdirilməsinə verdiyi töhfəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Orban bunu Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley sammitinin açılışında deyib.
O, həmçinin Qarabağ bölgəsində bərpa işlərinin uğurla həyata keçirilməsinə görə Əliyevi təbrik edib.
Macarıstanın baş naziri qeyd edib ki, son illər dünya iqtisadiyyatı “iki dəfə çöküb”, Avropada enerji qiymətləri dəfələrlə artıb.
“Bu çağırışlar qarşımızda iki seçim qoyur - ya ölkələrin iqtisadiyyatları təcrid olunmalıdır, ya da biz əməkdaşlığı daha da genişləndirməliyik. Son vaxtlar biz iqtisadiyyatları təcrid etmək və blokadaya almaq meyllərini müşahidə edirik. Bununla belə, Macarıstan əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır”.