XƏBƏRLƏR / Siyasət

Tramp mayın 13-də Çinə səfər edəcək

Bu barədə Çinin Xarici İşlər Nazirliyi məlumat yayıb

Tramp mayın 13-də Çinə səfər edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Çinin Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın mayın 13-15-də Çində səfərdə olacağını açıqlayıb.

    Qurum səfərin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti əsasında baş tutacağını bildirib.

    Qeyd edək ki, bu, Donald Trampın ABŞ Prezidenti vəzifəsində Çinə 2-ci səfəri olacaq. Trampın ilk Çin səfəri onun əvvəlki prezidentliyi dövründə 2017-ci ildə olub.