Si Cinpin Tacikistan Prezidenti Emoməli Rəhmonla görüşüb
Bu barədə Çinin "CCTV+" telekanalı xəbər verir
Çin Sədri Si Cinpin bu ölkəyə dövlət səfəri edən Tacikistan Prezidenti Emoməli Rəhmonla danışıqlar aparıb.
Bu barədə Çinin "CCTV+" telekanalı xəbər verir.
Si Cinpin vurğulayıb ki, Çin hər zaman olduğu kimi Tacikistanın ölkənin inkişafı, onun müstəqilliyinin, suverenliyinin və təhlükəsizliyinin qorunması istiqamətində atdığı addımlarını dəstəkləyəcək.
Çin agentliyi "Sinxua", öz növbəsində, qeyd edib ki, danışıqların yekunlarına əsasən dövlət başçıları iki ölkə arasında dostluq və əməkdaşlıq müqaviləsi, həmçinin Çin və Tacikistan arasında yeni dövrdə hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair Birgə Bəyannamə imzalayıblar.
Ümumilikdə, danışıqların yekunlarına əsasən tərəflər ticarət və investisiyalar, süni intellekt, ekoloji cəhətdən təmiz faydalı qazıntıların çıxarılması, media, kənd təsərrüfatı, təhsil, mənzil tikintisi, həmçinin bazarlara nəzarət kimi sahələrdə əməkdaşlığa dair böyük ikitərəfli sənədlər paketini imzalayıblar.
1 dəqiqə