Eli Kohen Aşqabadda İsrail səfirliyini açdı
Bu İsrailin düşməni olan İrana ən yaxın yəhudi ölkəsinin nümayəndəliyidir
İsrailin xarici işlər naziri Eli Kohen Türkmənistanın paytaxtı Aşqabadda səfirliyin açılışında iştirak edib. Mərasimdə Türkmənistan xarici işlər naziri Rəşid Meredov da iştirak edib.
O qeyd edib ki, bu səfirlik İran sərhədinə ən yaxın olan nümayəndəlikdir. Aşqabaddan İran sərhədinə cəmi 17 km məsafə var.