ABŞ Dövlət katibi Antoni Blinken İsrailə səfərə yola düşüb.
“The Times of Israel”in verdiyi xəbərə görə, bu, 2023-cü il oktyabrın 7-də Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən sonra Antoni Blinkenin İsrailə doqquzuncu səfəridir.
Antoni Blinkenin avqustun 19-da İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşü nəzərdə tutulub.