Çinin Çunçin şəhərinin rəsmi nümayəndələri Naxçıvanda
Qonaqlar Naxçıvan rəhbbərliyi ilə iqtisadi və mədəni əlaqələrin inkişaf etdirilməsi məsələlərini müzakirə edəcəklər
Çin Xalq Respublikasının Çunçin şəhərinin rəsmi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.
Səfər çərçivəsində qonaqlar Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşəcək, iqtisadi və mədəni əlaqələrin inkişaf etdirilməsi məsələlərini müzakirə edəcəklər.
Qonaqlar həmçinin Naxçıvanın istehsalı, xidmətləri və turizm ehtiyatları ilə də tanış olacaqlar.
Qeyd edək ki, 2021-ci ildə “Naxçıvan Muxtar Respublikası ilə Çonqin şəhəri arasında dostluq və əməkdaşlıq əlaqələrinin yaradılması haqqında Memorandum” imzalanıb.