XƏBƏRLƏR / Siyasət

İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti xəbər verib

İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün aprelin 25-də Füzuli şəhərindən Almaniyaya işgüzar səfərə gəlib.

    Berlin şəhərinin Brandenburq “Willy Brandt” Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.