XƏBƏRLƏR / Siyasət

Hakan Fidandan ABŞ-a xəbərdarlıq: Odla oynayırsınız!

Bunu Türkiyənin xarici işlər naziri "A-Haber" televiziyasına müsahibəsində deyib

Hakan Fidandan ABŞ-a xəbərdarlıq: Odla oynayırsınız!
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, ABŞ Yəmənə zərbə endirməklə “odla oynayır” və bu, hər an bölgədə “yanğına” səbəb ola bilər.

    “Birləşmiş Ştatlar odla oynayır və siz odla oynadığınız zaman o atəş hər an alova çevrilə bilər. Buna nəzarət etmək mümkün olmayacaq”, - deyə o bildirib. - Türkiyə regional tərəfdaşları və ABŞ ilə daimi dialoqdadır. Regional genişlənmədən çəkinmək lazımdır, vəziyyət çox da yaxşı deyil. Biz daha da genişlənmə ilə üzləşə bilərik”.