Bakı-İrəvan parlamentlərarası dialoqu Cenevrədə ola bilər
Bunu Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq hər iki ölkəyə səfərindən sonra deyib

Azərbaycan və Ermənistan arasında parlamentlərarası dialoq platformasının yaradılması ilə bağlı müzakirələr martda Cenevrədə baş tuta bilər.
Bunu Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq hər iki ölkəyə səfərindən sonra deyib.
Çunqonqun sözlərinə görə, o, Azərbaycan tərəfdən bu təşəbbüslə bağlı alınan cavabdan məmnundur.
“Parlamentlərarası İttifaq hər iki ölkənin parlamentlər səviyyəsində bir araya gəlməsi və həll ediləcəyi təqdirdə regionda sülhün möhkəmlənməsinə kömək edə biləcək məsələləri səmimi və dürüst şəkildə müzakirə etməsi üçün platforma təmin edəcək”, - deyə Çunqonq qeyd edib.