XƏBƏRLƏR / Siyasət

Tarixi uçuş: İlham Əliyev Füzulidən Berlinə gedir

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib

Tarixi uçuş: İlham Əliyev Füzulidən Berlinə gedir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Füzuli Beynəlxalq Hava Limanından Almaniyanın paytaxtı Berlinə uçuş baş tutacaq.

    Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" hesabında yazıb.

    "Unudulmaz və tarixi uçuş: Füzulidən Berlinə! Möcüzələr inandığınız zaman baş verir!", - paylaşımda deyilir.

    Qeyd edək ki, sabah Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri gözlənilir. Səfər çərçivəsində o, Almaniya kansleri Olaf Şoltsla danışıqlar aparılacaq..

    Xatırladaq ki, Prezident İlham Əliyev bu gün Qırğız Respublikasının Prezidenti Sadır Japarovla birlikdə Füzuli və Ağdam şəhərlərində səfərdə olub.