Metyu Miller: Rusiyadan danışmaq istəmirəm
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ermənistan-Azərbaycan arasında sülh sazişi barədə sualına cavabında deyib
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Rusiyannın Ermənistan və Azərbaycanı sülh sazişini imzalamağa tələsməmək çağırıışını şərh edib:
Sual: Keçən həftə biz Rusiya rəsmilərinin hər iki tərəfi, Ermənistanı və Azərbaycanı heç bir sülh sazişi imzalamamağa təhdid etdiyini eşitdik və bildirdilər ki, onlar sülh sazişinə tələssələr, növbəti münaqişə gözləməlidirlər. Qərbin sizin sülh səylərinizi baltaladığına görə Rusiyadan cavab verməsinin vaxtı çatmayıbmı?
Cavab: Ermənistan və Azərbaycandan söhbət gedəndə Rusiyadan danışmaq istəmirəm. Mən birbaşa bağlı olan, bu mübahisədə birbaşa tərəf olan iki ölkə ilə bağlı danışmaq istəyirəm. Biz bu ölkələrlə birbaşa işləyirik, xüsusi elçi Bono keçən həftə regiona səfər edib və onlarla şəxsən görüşüb. Və biz inanırıq ki, bu məsələdə tərəf olmayan digər ölkələrin hər hansı şərhinə baxmayaraq, razılaşma əldə edilə bilər və biz buna nail olmaq üçün onlarla işləməyə davam edəcəyik.
Sual: Dövlət katibi Türkiyənin xarici işlər naziri ilə şənbə günü, səhv etmirəmsə, məhz bu mövzuda danışıb. Siz Türkiyənin bu prosesdəki rolunu necə müəyyənləşdirirsiniz?
Cavab: Mən bu barədə ətraflı danışmaq istəmirəm - bu, özəl diplomatik söhbətdir - istisna olmaqla, biz Türkiyənin bu məsələdə məhsuldar rol oynaya biləcəyinə həqiqətən inanırıq.