XƏBƏRLƏR / Siyasət

Türkmənistan və Ermənistan prezidentləri görüşüblər

Görüş Xaçatryanın Türkmənistana işgüzar səfəri çərçivəsində baş tutub

Türkmənistan və Ermənistan prezidentləri görüşüblər
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistan Prezidenti Vaaqn Xaçatryan ilə Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov energetika və telekommunikasiya sektorlarında əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

    Erməni KİV-i xəbər verir ki, görüş Xaçatryanın Türkmənistana işgüzar səfəri çərçivəsində baş tutub.

    Görüş zamanı tərəflər siyasi, iqtisadi, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişafı üzrə növbəti addımları müzakirə edib, həmçinin tarixi və mədəni irsin qorunması üzrə birgə təşəbbüslərin əhəmiyyətini vurğulayıblar.

    Xüsusi diqqət energetika və telekommunikasiya sektorlarında əməkdaşlığın genişləndirilməsinə, eləcə də infrastrukturun inkişafına yönəldilib. Hər iki tərəf ikitərəfli əlaqələrin dərinləşdirilməsinə və beynəlxalq platformalarda səmərəli əməkdaşlığın davam etdirilməsinə hazır olduqlarını təsdiqləyiblər.