XƏBƏRLƏR / Siyasət

Viktor Orban bu gün Azərbaycana gəlir

Macarıstanın Baş naziri Şuşada Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısında iştirak edəcək

Viktor Orban bu gün Azərbaycana gəlir
Viktor Orban
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfər edəcək.

    Bu barədə Baş nazirin sözçüsü Zoltan Kovacs bildirib.

    Onun sözlərinə görə, Baş nazir Viktor Orban 5-6 iyul tarixlərində Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısında iştirak edəcək.

    "Sammitdə əsas diqqət nəqliyyat, əlaqələnmə və iqlim siyasəti vasitəsilə davamlı gələcəyin qurulmasına yönəldiləcək. Üzv dövlətlər, o cümlədən Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Azərbaycan, Qırğızıstan və Macarıstan (müşahidəçi qismində) bu sahələrdə əməkdaşlığı genişləndirməyi hədəfləyirlər. Baş nazir Orban tərəfdaş dövlətlərin liderləri ilə də ikitərəfli danışıqlar aparacaq", - o bildirib.