XƏBƏRLƏR / Siyasət

Iran Prezidenti "bütün silahları yerə qoymağa" hazırdır

Pezeşkian bu açıqlamanı Nyu-Yorkda BMT Baş Assambleyasının kuluarlarında verib

Iran Prezidenti "bütün silahları yerə qoymağa" hazırdır
Məsud Pezeşkian
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İran Prezidenti Məsud Pezeşkian bütün silahları yerə qoymmağa hazır olduğunu bildirib: “İsrail də eyni şeyi etməyə hazır olsa, İran bütün silahlarını yerə qoymağa hazırdır. Biz savaşmaq istəmirik”.

    İran Prezidenti həmçinin Ukraynadakı münaqişəni Aİ və ABŞ ilə müzakirə etməyə hazır olduğunu açıqlayıb.

    Pezeşkian qeyd edib ki, o, münaqişənin “dialoq yolu ilə” həllinə inanır.

    İran Prezidenti  BMT Baş Assambleyasının kuluarlarında Ukraynadakı vəziyyəti Avropa ölkələri və ABŞ nümayəndələri ilə müzakirə etməyə hazır olduğunu bildirib.

    “Biz avropalılar və amerikalılarla danışıqlar masası arxasında oturmağa hazırıq”, - deyə o, jurnalistlərlə dəyirmi masada Ukrayna böhranını şərh edərkən deyib. Pezeşkianın sözlərini "Agence France-Presse" (AFP) sitat gətirir.

    “Biz heç vaxt Ukrayna ərazisinə təcavüzü bəyənməmişik”, - deyə İran Prezidenti əlavə edib. "Biz hər bir ölkənin sərhədlərinə hörmət etməliyik" deyib. Pezeşkian bildirib ki, o, Ukraynadakı münaqişənin “dialoq yolu ilə” həllinə inanır.

    Agentliyin məlumatına görə, İran Prezidenti Qərb ölkələrinin İranın Rusiyaya silah verməsi ilə bağlı iddialarını da bir daha təkzib edib.

    Moskva və Tehran Ukraynada istifadə üçün Rusiyadan İran silahlarının tədarükü ilə bağlı versiyaları dəfələrlə rədd ediblər. İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi sentyabrın 11-də İranın Rusiyaya heç bir ballistik raket vermədiyini və ABŞ və Avropanın etibarsız məlumatlara arxalandığını bildirib.