Qarabağdakı RSK-nın taleyi Azərbaycanla müzakirə olunacaq
Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib
Qarabağdakı Rusiya sülhməramlılarının sonrakı taleyi Azərbaycanla müzakirə olunacaq.
Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O qeyd edib ki, Ermənistanla bu mövzuda təmaslar davam edəcək.
"Qarabağdakı Rusiya sülhməramlıları məsələsi İrəvanla müzakirə olunmayıb. Çünki de-fakto və de-yure bura Azərbaycanın ərazisidir", - Peskov vurğulayıb.
Peskov, həmçinin qeyd edib ki, Rusiya potensial olaraq Fələstin-İsrail münaqişəsinin həllində iştirak edə bilər.
"Səudiyyə Ərəbistanının energetika nazirinin Rusiya Federasiyasına səfəri Yaxın Şərqdəki münaqişə fonunda neft bazarlarındakı vəziyyəti müzakirə etmək üçün yaxşı fürsətdir", - o bildirib.
"Rusiya üçün Fələstin-İsrail münaqişəsi ətrafında yaranmış vəziyyətdə prioritet onun vətəndaşlarının taleyidir. Volodinin köçkünlər və Maqadan haqqında söylədiyi sözlər açıq-aşkar anti-Rusiya mövqeyi tutanlara aiddir. Rusiya Federasiyası həmişə açıq-aşkar anti-Rusiya mövqeyi tutmayan köçkünləri gözləyir, bu onların vətənidir. Neft bazarları İsrail ətrafında baş verən hadisələrə həssasdır, ona görə də Rusiya Federasiyasının OPEC+ tərəfdaşları ilə koordinasiyasını çox qiymətləndirmək olmaz", - deyə sözçü əlavə edib.