Avropa "Orta Dəhlizi" yenə Bakı və Tbilisisiz müzakirə etdi
Aİ məmurları və Mərkəzi Asiya ölkələrinin səfirləri Brüsseldə bir araya gəliblər
Aİ və Mərkəzi Asiya ölkələri Orta Dəhlizin inkişafını müzakirə ediblər.
Brüsseldə Avropa Xarici Fəaliyyət Xidmətində Mərkəzi Asiya səfirlərinin Aİ qurumlarının nümayəndələri ilə görüşü keçirilib.
Tərəflər Avropa İttifaqı-Mərkəzi Asiya Zirvə görüşündə əldə edilən razılaşmaların həyata keçirilməsini müzakirə ediblər. Əsas diqqət Orta Dəhlizin inkişafına, Qlobal Gateway təşəbbüsünün təşviqinə, ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsinə, Avropa investisiyalarının cəlb edilməsinə və regional təhlükəsizlik məsələlərinə yönəldilib.
Xatırladaq ki, TransXəzər Beynəlxalq Nəqliyyat Dəhlizi ("Orta Dəhliz") Çin-Qazaxıstan sərhədindən Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə Avropaya uzanır.
1 dəqiqədən az