Tramp İranın "qırmızı xətti" keçdiyini bildirib
ABŞ İranda etirazlar səbəbindən kəsilən internetə çıxışı bərpa edə və tədbir görə bilər
ABŞ Prezidenti Donald Tramp İranda baş verən hadisələrə ciddi şəkildə reaksiya verməyi düşündüklərini bildirib.
Prezident təyyarəsində jurnalistlərin suallarını cavablandıran ABŞ lideri İranın "qırmızı xətti" keçdiyini bildirib.
"Biz bu məsələni çox ciddi şəkildə nəzərdən keçiririk. Hərbçilər bütün bunları izləyir və müxtəlif ciddi variantları nəzərdən keçiririk. Qərar verəcəyik", - deyə Tramp bildirib.
O, İranın danışıqlar aparmaq istədiyini qeyd edib. Bu kontekstdə ABŞ Prezidenti İranın nüvə proqramını müzakirə etmək üçün İran nümayəndələri ilə görüşmək ehtimalını da istisna etməyib.
Donald Tramp həmçinin bildirib ki, ABŞ etirazlar səbəbindən kəsilən İranda internetə çıxışı bərpa edə və tədbir görə bilər.
1 dəqiqədən az