Blinken Çavuşoğlu ilə görüşü barədə yazdı FOTO
Bu barədə Blinken tviter səhifəsində yazıb
ABŞ Dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşünü şərh edib. Bu barədə Blinken tviter səhifəsində yazıb: "XİN başçısı Mövlud Çavuşoğlu ilə görüşdük və uzunmüddətli NATO müttəfiqimiz olan Türkiyənin dağıdıcı zəlzələyə müdaxiləsinə yardım etmək barədə öhdəliyimizi ifadə etdim. Milyonlarla amerikalının türklərin həyatını itirməsindən duyduğu kədəri paylaşdım", - deyə o qeyd edib.
Xatırladaq ki, Blinken dünən Türkiyəyə səfər etmiş və zəlzələ bölgəsinə yollanmışdı. O, Çavuşoğlu ilə bu gün müzakirələr aparıb və tərəflər birgə mətbuat konfransı keçiriblər.