XƏBƏRLƏR / Siyasət

Paşinyan gözlənilmədən İsveçrəyə gəlib

Bir az əvvəl Ermənistanın Baş naziri Davosa getməyəcəyi haqda bəyanat vermişdi

Paşinyan gözlənilmədən İsveçrəyə gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın Baş naziri Nikol Paşinyan gözlənilmədən İsveçrəyə işgüzar səfərə gəlib.

    "Sputnik Armenia" xəbər verir ki, Paşinyan "Sülh Şurası"nın nizamnaməsini imzalamaq üçün Davosa səfər edib.

    Yanvarın 22-də Ermənistanın Baş naziri təşəbbüsün həmtəsisçilərindən biri kimi Dünya İqtisadi Forumunun kənarında keçiriləcək mərasimdə iştirak edəcək.

    Xatırladaq ki, Baş nazirin sözçüsü Nazeli Baqdasaryan Paşinyanın Davosa getməyəcəyi haqda bəyanat vermişdi.