ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
Bu barədə diplomatik mənbədən məlumat verilib
ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borq Azərbaycana səfər edəcək. Bu barədə diplomatik mənbədən məlumat verilib.
Qeyd edək ki, Yan Borq Azərbaycana Cənubi Qafqaza səfəri çərçivəsində gələcək.
Bununla belə mənbə səfərin tarixləri barədə məlumat verməyib.