XƏBƏRLƏR / Siyasət

Suriya Prezidenti Almaniya kansleri ilə görüşü ləğv edib

Bu barədə "Reuters" məlumat yayıb

Suriya Prezidenti Almaniya kansleri ilə görüşü ləğv edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa Almaniyaya planlaşdırılan səfərindən imtina edib.

    Bu barədə "Reuters" məlumat yayıb.

    Səfər çərçivəsində Berlində Almaniyanın ali rəhbərliyi ilə danışıqların keçirilməsi nəzərdə tutulurdu.

    Məlumata görə, Əhməd əş-Şaraa Almaniya kansleri Fridrix Merz və Almaniya Prezidenti Valter Ştaynmayer ilə görüşlər keçirməyi planlaşdırırdı.

    Bundan əlavə, səfər proqramında iri Alman şirkətlərinin nümayəndələri ilə danışıqlar da yer alırdı.

    Hazırda səfərin ləğv edilməsinin səbəbi ilə bağlı tərəflərdən heç biri rəsmi açıqlama verməyib.