Antonio Koşta Qrenlandiya ilə bağlı fövqəladə iclas çağırıb
Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta məlumat verib
Son hadisələrin əhəmiyyətini nəzərə alaraq və daha da əlaqələndirmə məqsədilə yaxın günlərdə Avropa Şurasının fövqəladə iclasını çağırmaq qərarına gəldim.
Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta məlumat verib.
Koşta qərarını Brüsseldə keçirilən AB səfirlərinin görüşündən sonra açıqlayıb.
Aİ mənbələrinin məlumatına görə, görüş 22 yanvarda baş tuta bilər. Eyni zamanda dövlət və hökumət başçılarının şəxsən Brüsselə gələcəyi gözlənilir.
Aİ Şurasının sədrinin sözlərinə görə, Qrenlandiyadakı son hadisələrlə bağlı üzv dövlətlərlə aparılan məsləhətləşmələr Aİ ölkələrinin Danimarka və Qrenlandiyaya dəstək və həmrəyliyə olan güclü sadiqliyini, ABŞ liderinin elan etdiyi tariflərin tətbiqinin transatlantik münasibətlərə xələl gətirəcəyinə və Aİ-ABŞ ticarət müqaviləsi ilə uyğunsuz olacağına dair inamlarını təsdiqləyib.
1 dəqiqə