Əliyev, Mişel və Paşinyan Brüssel görüşünün vaxtı məlum oldu
Bu altınçı üçtərəfli görüş olacaq
Avropa Şurası Azərbaycan, Ermənistan və Avropa İttifaqı Şurasının rəhbərləri İlham Əliyev, Nikola Paşinyan və Şarl Mişelin görüşünün şənbə günü, iyulun 15-də Brüsseldə keçiriləcəyini təsdiqləyib.
Əliyev-Mişel-Paşinyan formatında altıncı üçtərəfli görüş sabah Bakı vaxtı ilə saat 15:00-da Brüsseldə başlayacaq.
Görüşdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı məsələlər müzakirə olunacaq.