Tramp Tokayevi Qəzza "Sülh Şurasına" dəvət edib
Qazaxıstan Prezidenti Trampa iştirak etməyə razı olduğunu təsdiqləyən məktub göndərib
Prezidentin mətbuat katibi Ruslan Jeldibay "sputnikKZ"-yə verdiyi açıqlamada Donald Trampın Kasım-Jomart Tokayevi Qəzza "Sülh Şurasına" dəvət etdiyini və Qazaxıstana onun təsisçilərindən biri olmaq imkanı təklif etdiyini təsdiqləyib.
Qazaxıstan lideri dəvəti qəbul edib. Qazaxıstan Prezidenti Trampa dəvətə görə təşəkkür edən və iştirak etməyə razı olduğunu təsdiqləyən məktub göndərib.
ABŞ-ın Qəzza planı Zolağın müvəqqəti beynəlxalq idarəçiliyini və ABŞ-ın fikrincə, onun yenidən qurulmasına da nəzarət edəcək "Sülh Şurası"nın yaradılmasını təklif edir. "Reuters"in əvvəllər verdiyi məlumata görə, Tramp özü bu Şuranın ömürlük sədri vəzifəsini icra edəcək.
1 dəqiqədən az