XƏBƏRLƏR / Siyasət

"Rusiya öz Ukrayna siyasətini İrəvana israrla izah edəcək"

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib

"Rusiya  öz Ukrayna siyasətini İrəvana israrla izah edəcək"
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya və Ermənistanın Ukrayna ilə bağlı mövqeləri diametral olaraq fərqlidir. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

    “Rusiya tərəfi Ukraynadakı münaqişə ilə bağlı erməni dostlarının mövqeyini bilir, Moskva bununla razılaşmır və bunun düzgün olduğunu israrla izah edəcək”, - o əlavə edib.

    Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir gün əvvəl demişdi ki, “Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil”.