Zelenski İrəvanda Gürcüstan Baş naziri Kobaxidze ilə görüşüb
Bu barədə Gürcüstan hökumətinin mətbuat xidmətindən bildirilib
Gürcüstan Baş naziri İrakli Kobaxidze Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparıb.
Bu barədə Gürcüstan hökumətinin mətbuat xidmətindən bildirilib.
“Ukrayna tərəfinin təşəbbüsü ilə keçirilən görüşdə ölkələr arasında münasibətlər müzakirə olunub. Görüşdə hər iki ölkənin xarici işlər nazirləri də iştirak ediblər”, - məlumatda deyilir.
Görüşdə Ukrayna və Gürcüstanın xarici işlər nazirləri Anrey Sibiqa və Maka Boçorişvili də iştirak ediblər.
Qeyd edək ki, Gürcüstan və Ukrayna rəsmiləri 2021-ci ildən bəri görüşməyiblər və vaxtaşırı bir birinə qarşı sərt bəyanatlarla çıxış ediblər.
1 dəqiqədən az