Ermənistan-Amerika İşçi Qrupunun ilk iclası keçirildi
Bu barədə "Armenpress" məlumat yayıb
8 avqust 2025-ci il tarixində keçirilən Vaşinqton Sülh Zirvəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsi üzrə Ermənistan-Amerika İşçi Qrupunun ilk iclası keçirilib.
Ermənistan Xarici İşlər Nazirliyinin Media və İctimai Diplomatiya Departamentindən "Armenpess"ə verilən məlumata görə, açılış nitqi ilə xarici işlər nazirinin müavini Vahan Kostanyan və ABŞ Dövlət katibinin köməkçisinin müavini Sonata Koulter çıxış edərək Ermənistanla ABŞ arasında sürətlə inkişaf edən strateji tərəfdaşlığı yüksək qiymətləndiriblər.
Nazir müavini Kostanyan ABŞ-ın Cənubi Qafqazda sülhə verdiyi əvəzsiz dəstəyi vurğulayıb və Ermənistan tərəfinin 8 avqustda imzalanmış Ermənistan-Amerika anlaşma memorandumlarını, yəni Sülh Potensialının Gücləndirilməsi "Sülh Kəsişməsi"nin, Süni İntellekt və Yarımkeçirici İnnovasiya Tərəfdaşlığını və Enerji Təhlükəsizliyi Tərəfdaşlığını fəal şəkildə həyata keçirməkdə maraqlı olduğunu bir daha təsdiqləyib.
Hər iki tərəf Anlaşma Memorandumlarının həyata keçirilməsi istiqamətində atılan əhəmiyyətli addımları vurğulayıb və irəliləyiş hesabatlarını təqdim edib. Ekspert səviyyəsində əldə edilən konkret razılaşmaların həyata keçirilməsi məqsədilə müzakirələri mümkün qədər tez davam etdirmək barədə razılıq əldə edilib.
1 dəqiqə