BRICS birtərəfli sanksiyaları qeyri-qanuni sayır
Yekun bəyannamədən əsas çıxarışları təqdim edirik
BRICS ölkələri birtərəfli və ikinci dərəcəli sanksiyaları qeyri-qanuni adlandıraraq ləğv etməyə çağırıblar. Yekun bəyannamədən əsas çıxarışlar:
▪️BRICS transsərhəd ödənişlər və milli valyutalardan istifadə mexanizmlərinin yaradılması istiqamətində işi davam etdirmək əzmindədir;
▪️BRICS qlobal Cənubun ciddi beynəlxalq çağırışlar qarşısında müsbət dəyişikliklər üçün hərəkətverici qüvvə kimi rolunu vurğulayır;
▪️BRICS ölkələri afrikalıların köləliyinin ağır cinayət kimi tanınmasını alqışlayırlar;
▪️BRICS ölkələri BMT-yə mandatını yerinə yetirməkdə dəstək verəcək;
▪️İnkişaf etməkdə olan ölkələr ədalətli qlobal idarəetmə qurmaq üçün dialoqu aktivləşdirməlidir;
▪️BRICS ölkələri nüvə təhlükələri və münaqişə risklərinin artması ilə bağlı narahatlıqlarını ifadə edərək, nüvə silahının yayılmaması rejimini gücləndirməyə çağırıblar;
▪️BRICS ölkələri Qüdsün hüquqi və tarixi statusunun dəyişdirilməsinə yönəlmiş hər hansı birtərəfli tədbirləri rədd edir;
▪️Çoxqütblülük inkişaf etməkdə olan ölkələrin ədalətli iqtisadi qloballaşmada iştirak imkanlarını genişləndirir;
▪️BRICS ölkələri birtərəfli tarif və qeyri-tarif tədbirlərinin artmasının qlobal ticarəti təhlükə altına aldığını bildirib;
▪️BRİKS ölkələri dünyada hərbi xərclərin kəskin artım tendensiyasından narahatdırlar.


1 dəqiqə