Annalena Berbok Ermənistan və Azərbaycana gəlir
Bu barədə Almaniya Xarici İşlər Nazirliyinin məlumatında deyilir
Bu həftə Almaniyanın xarici işlər naziri Annalena Berbok Ermənistan və Azərbaycana səfər edəcək. Bu barədə Almaniya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Cümə günü o, Yerevanda olacaq, xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək. Sonra nazir Qarabağdan olan qaçqınların yerləşmə mərkəzinə baş çəkəcək.
Şənbə günü günorta Berbok Bakıya gələcək. Onun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqları və vətəndaş cəmiyyətinin nümayəndələrilə görüşü planlaşdırılıb, Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib