BMT TŞ-yə rəhbərlik Çinə keçdi
Bu barədə Çinin BMT-dəki daimi nümayəndəsi Çjan Szyun deyib
BMT Təhlükəsizlik Şurasına rəhbərlik Çinə keçib.
Bu barədə Çinin BMT-dəki daimi nümayəndəsi Çjan Szyun açıqlama verib.
O bildirib ki, rəhbərlik zamanı əsas prinsip Qəzzada atəşkəsin bərpa olunmasını və Yaxın Şərqdə müharibənin dayandırılması təmin etmək olacaq.
Qeyd edək ki, buna qədər rəhbərlik Braziliyaya məxsus idi.