"Bakı üçün Zəngəzur marşrutu cəlbediciliyini itirib"
Bunu "Politico" nəşrinə Azərbaycan Prezidentinin xarici əlaqələr üzrə köməkçisi Hikmət Hacıyev deyib
Azərbaycan Prezidentinin xarici əlaqələr üzrə köməkçisi Hikmət Hacıyev “Politico”ya açıqlamasında bildirib ki, Bakının Zəngəzurun hərbi ilhaqı planı yoxdur:
“Bu marşrut bizim üçün cəlbediciliyini itirib. Layihəni İranla həyata keçirə bilərik”.
“Bizim gündəliyimiz yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində nəqliyyat əlaqələrinin qurulmasıdır. Bu məsələ hələ də nəzərdən keçirilir, lakin Ermənistan tərəfindən bunda həqiqətən maraqlı olduqlarını nümayiş etdirmələri tələb olunacaq”, - Hacıyev qeyd edib.
“Politico” qeyd edir ki, bu ayın əvvəlində Tehranla razılaşma çərçivəsində Azərbaycan qonşu ölkədən yeni yolun tikintisinə başlayıb. Bununla belə, ümid var ki, Azərbaycanla Naxçıvan arasında Ermənistan vasitəsilə nəqliyyat əlaqələri sülh müqaviləsi üzrə irəliləyişin bir hissəsi kimi bərpa oluna bilər, lakin Azərbaycana Ermənistan sərhəd nəzarətindən yan keçməyə imkan verəcək “ekstraterritorial” güzəştlər olmadan.