XƏBƏRLƏR / Siyasət

Qırğızıstan Ağdamda orta məktəb tikəcək

Bu barədə Bişkəkdə Ceyhun Bayramovla görüşdə Qırğızıstan XİN rəhbəri Ceenbek Kulubayevin görüşündə bildirilib

Qırğızıstan Ağdamda orta məktəb tikəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qırğızıstan Ağdam rayonunun Xıdırlı kəndində orta məktəb tikəcək. Bu barədə Azərbaycan və Qırğızıstanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ceenbek Kulubayevin görüşündə bildirilib.

    Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Qırğızıstanın dinc və quruculuq prosesinə dəstəyi təqdirəlayiqdir və Qırğızıstanın təşəbbüsü ilə Ağdam rayonunun Xıdırlı kəndində tikiləcək orta məktəb bu dəstəyin bariz nümunəsidir. .

    “Ceenbek Kulubayev Azərbaycan və Qırğızıstan arasında münasibətlərin inkişaf dinamikasının qənaətbəxş olduğunu, qarşılıqlı səfərlərin əməkdaşlığın gələcək inkişafında mühüm rol oynadığını qeyd edib”, - deyə idarənin məlumatında deyilir.