ABŞ Bakı ilə İrəvan arasında dialoqa kömək etməyə hazırdır
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə bildirib
ABŞ Bakı ilə İrəvan arasında dialoqun asanlaşdırılmasında istənilən mümkün rolu oynamağa hazırdır.
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə bildirib.
O qeyd edib ki, ABŞ bu problemi həll etməyin yolunun son nəticədə danışıqlardan keçdiyini açıq şəkildə bəyan edib:
"Mən qarşıdan gələn görüşlər barədə danışmaq istəmirəm, lakin biz həmişə dialoqu alqışladığımızı açıq şəkildə ifadə etmişik. Dövlət katibi Ermənistan və Azərbaycan liderləri ilə danışanda açıq şəkildə bildirib ki, onlar arasında dialoq olmalıdır. Biz bu dialoqun asanlaşdırılmasında istənilən mümkün rolu oynamaqdan məmnunuq və bunu davam etdirəcəyik. Amma qarşıdakı konkret görüşləri açıqlamaq istəmirəm”.