ABŞ Azərbaycana yeni səfir təyin edib
1 il 4 aydan sonra Azərbaycana təyyin olunan səfir Mark Libbi kimdir

ABŞ Senatı Mark Libbinin Azərbaycana səfir təyin olunmasını təsdiqləyib.
Bununla bağlı Senatda səsvermə keçirilib.
Hal-hazırda Libbi Vaşinqtondakı Milli Müharibə Kollecində ABŞ Dövlət Departamenti üzrə fakültə müşaviri vəzifəsində çalışır.
Əvvəllər o, ABŞ-ın Brüsseldəki Belçika missiyasında missiya rəhbərinin müavini və müvəqqəti işlər vəkili kimi fəaliyyət göstərib. Libbi xaricdə Varşava, Nassau, Nikosiya və Bağdad da daxil olmaqla bir neçə bölgədə xidmət edib. Vaşinqtonda o, Dövlət Departamentinin Əməliyyat Mərkəzində nəzarətçi və daha sonra Böhranların İdarə Edilməsi üzrə direktor müavini vəzifələrində çalışıb.
Xatırladaq ki, daha əvvəl Senatın Xarici İşlər Komitəsi onun namizədliyi təsdiqləmişdi və ABŞ-ın 1 il 4 ay ərzində (26 iyul 2022-ci ildən) Azərbaycanda səfiri olmayıb. Axırıncı səfir Örl Litsenberqer 2019-cu ilin martından 2022-ci iyulunadək Bakıda səfir kimi fəaliyyət göstərib.