"Moskva Cənubi Qafqazda Qərbin dağıdıcı təsirinə dözməyəcək"
Bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova Azərbaycan jurnalistlərinə deyib
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova: Cənubi Qafqazda sülhün qorunması üçün hər cür səy göstərilməlidir
Cənubi Qafqaz regionunda sülhü nəyin bahasına olursa-olsun müdafiə etmək lazımdır.
Rusiya tərəfi regionda sülhün yaradılmasına kömək etməyə hazır olanları alqışlayır, lakin xəbərdarlıq edir ki, Moskva Qərbin dağıdıcı təsirinə dözməyəcək.
“Bu, çox əziyyət çəkmiş bölgədir, çoxlu münaqişələrdən keçib, ona görə də Rusiya tərəfi bura sülh yolu ilə gəlmək, kömək etmək, dəstək vermək istəyənlərə şad olacaq. Amma kiminsə cibində bıçaq varsa - rədd olsun... Biz birlikdə, birgə çox enerji sərf etmişik, bunun üçün regionda sülhü qorumaq üçün, onların [Qərbin - ANSPress] idarə olunan xaos siyasətindən istifadə etməməsi üçün hər şeyi etməliyik”.