Türkiyə TŞ İranın İsrailə raket hücumlarını müzakirə edir
Digər regional məsələlər ətrafında da fikir mübadiləsi aparılacaq

Bu gün Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
Görüşün əsas mövzularından biri Yaxın Şərqdəki vəziyyətin müzakirəsi olacaq.
Görüş zamanı bir sıra mühüm məsələlər, xüsusilə Livanda hərbi əməliyyatların yayılması, İranın İsrail ərazisinə raket hücumları və Türkiyənin bu məsələdə mövqeyi müzakirə olunacaq.
Digər regional məsələlər ətrafında da fikir mübadiləsi aparılacaq.