XƏBƏRLƏR / Siyasət

Azərbaycanın xarici işlər naziri Belarusa səfərə gedib

Xİn xəbər verir

Azərbaycanın xarici işlər naziri Belarusa səfərə gedib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Aprelin 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfərə yola düşüb.

    Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun aprelin 12-də Minsk şəhərində baş tutacaq MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxışı, habelə bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.