Paşinyan partiyadaşları ilə Azərbaycanla sülhü müzakirə edib
Ermənistan mətbuatı qapalı görüşün təfərrrüatları haqda yazır
Paşinyan partiya yoldaşları ilə Azərbaycanla sülh müqaviləsi layihələrini müzakirə edib - KİV qapalı görüşün təfərrüatlarını təqdim edib
news.am saytı yazır ki, baş nazir Nikol Paşinyan "Mülki Müqavilə" partiyasının ofisində tərəfdaşları ilə görüş keçirib. Müzakirələr bir saata yaxın davam edib. Sayt müxbirinin Azərbaycanın Ermənistanla sülh müqaviləsinə hansı təklifləri daxil etməsi ilə bağlı sualına Paşinyan cavab verməyib və maşına əyləşib.
“Joqovurd” qazeti yazır ki, Ermənistanın baş naziri bəyan edib ki, danışıqlar mümkün qədər tez başa çatdırılmalı, Türkiyə ilə münasibətlər normallaşdırılmalıdır.
Qazet iddia edir ki, “Mülki müqavilə”də gözləntilər Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Türkiyəyə dünənki səfərindən sonra daha da artıb.