İlham Əliyevin Almaniyaya səfəri gözlənilir
Bu barədə Münhen Təhlükəsizlik Konfransının saytında məlumat yayılıb
Prezident İlham Əliyevin Almaniyaya səfəri gözlənilir. Dövlət başçısının Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya gedəcəyi bildirilir. Bu barədə Münhen Təhlükəsizlik Konfransının saytında məlumat yayılıb. Prezidentlə yanaşı, xarici işlər naziri Ceyhun Bayramovun, energetika naziri Pərviz Şahbazovun da tədbirdə iştirak edəcəyi planlaşdırılır.
Qeyd edək ki, konfransda Ermənistan Baş naziri Nikol Paşinyan da iştirak edəcək.
Münhen Təhlükəsizlik Konfransında həmçinin Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Avropa İttifaqı (Aİ) diplomatiyası Josep Borrell, Avropa Parlamentinin sədri Roberta Metsola və Avropa Şurasının sədri Şarl Mişel, ABŞ-ın vitse-prezidenti Kamala Harris və Fransa prezidenti Emmanuel Makron, İtaliyanın baş naziri Giorgia Meloni və başqalarının iştirakı gözlənilir. .
Xatırladaq ki, 59-cu Münhen Təhlükəsizlik Konfransı fevralın 17-19-da keçiriləcək.