Delimitasiyanı başlamaq üçün gərək konsensus əldə olunsun
Bunu Azərbaycan-Ermənistan sərhədinin müəyyələşməsi haqda Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bildirib
“Tavuş hissəsindən delimitasiyaya başlamaq qərarı o zaman verilə bilər ki, digər məsələlər - təhlükəsizlik, sosial və hüquqi məsələlər üzrə konsensus əldə olunsun”, - Bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan jurnalistlərə bildirib.
O qeyd edib ki, "Müəyyən edilmiş ərazilər, ən mühüm prinsiplər, təhlükəsizlik, sosial, məişət və hüquqi məsələlər, bu məsələlərlə bağlı yekun qərarlar qəbul olunmayana qədər delimitasiyanın başlaması ilə bağlı danışıqların başlaması ilə bağlı yekun qərar verə bilmərik."
“Bir çox məsələlər müzakirə olunur, bir çox məsələlərdə qavrayış eynidir, amma fikir birliyi olmayan məsələlər var”, - Qriqoryan vurğulayıb.