ABŞ Senatı Mərkəzi Asiya ölkələrinə dair qətnamə qəbul edib
Sənəd sabah Vaşinqtonda keçiriləcək C5+1 liderlərinin zirvə toplantısından əvvəl qəbul edilib
ABŞ Senatı sabah Vaşinqtonda keçiriləcək C5+1 liderlərinin zirvə toplantısından əvvəl "C5+1 diplomatik platformasının strateji əhəmiyyətini tanımaq və ABŞ ilə Mərkəzi Asiya ölkələri arasında tərəfdaşlığı dərinləşdirmək" adlı qətnaməni yekdilliklə qəbul edib.
ABŞ Senatının Sənədində deyilir :
- C5+1 platformasının regional suverenliyin, sabitliyin və ABŞ ilə ortaq təhlükəsizlik maraqlarının gücləndirilməsində strateji əhəmiyyətini bir daha təsdiqləyir;
- Nəqliyyat dəhlizlərinin inkişafı vasitəsilə enerji və vacib minerallar sahəsində əməkdaşlığın genişləndirilməsinə görə minnətdarlığını bildirir;
- Mərkəzi Asiya dövlətlərinin C5+1 formatı çərçivəsində terrorizmə qarşı mübarizə səylərini əlaqələndirmək üçün davamlı öhdəliklərini qeyd edir;
- Strateji ticarət maneələrinin azaldılmasına və tərəflər arasında rifahın və dostluğun daha da möhkəmləndirilməsinə ümidini ifadə edir.
C5+1, Mərkəzi Asiya dövlətləri və ABŞ arasında əməkdaşlığın ümumi məsələlərini həll etmək üçün yaradılmış dialoq formatıdır.
1 dəqiqə