Nyu-Yorkda Tramp və Zelenskinin görüşü baş tutub
ABŞ lideri Ukraynada "Patriot" raketlərinin istehsalını müzakirə edir
10:17
“Həm ABŞ, həm də Ukrayna bu mənasız Rusiya müharibəsinin qışa qədər bitməsini istəyir. Biz diplomatiya üçün yol aça biləcək mümkün deeskalasiya addımlarını müzakirə etdik”, - deyə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Ukrayna Prezidenti Trampa Ukrayna və Amerika komandalarının Ukraynada “Patriot” raketlərinin istehsalına başlamaq üzərində işləməyə davam etmələrinə görə təşəkkür edib.
“Əgər Rusiya danışıqlardan imtina edərsə və xalqımızı ballistik raketlərlə bu qış və ondan sonra da qorxutmaq taktikasını davam etdirərsə, bu, insanların həyatını qorumağa kömək edəcək”, - deyə Zelenski vurğulayıb.
Liderlər həmçinin Ukrayna üçün qış üçün hava hücumundan müdafiə tədbirləri paketi də daxil olmaqla digər ikitərəfli və çoxtərəfli məsələləri də müzakirə ediblər.
***
2026-09-22 22:20
ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodomir Zelenskinin görüşü Nyu-Yorkda başlayıb.
Tramp jurnalistlərə Ukraynanın Rusiya neft emalı zavodlarına endirdiyi zərbələri Zelenski ilə müzakirə edəcəyini və bunun dizel yanacağının qiymətlərinin artmasına səbəb olduğunu və Rusiyaya ciddi ziyan vurduğunu qeyd edib.
Amerika lideri həmçinin Ukraynada "Patriot" raketlərinin istehsalını ukraynalı həmkarı ilə müzakirə edəcəyini açıqlayıb.
Zelenski öz növbəsində Rusiya və Ukraynanın qışdan əvvəl sülh razılaşmasına çatacağına ümid etdiyini bildirib və deyib ki, "Tramp buna kömək edəcək".
1 dəqiqə