XƏBƏRLƏR / Siyasət

Putin-Tramp görüşü Alyaskada keçiriləcək

Bu barədə Tramp sosial şəbəkədə yazıb

Putin-Tramp görüşü Alyaskada keçiriləcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə avqustun 15-i ABŞ-ın Alyaska ştatında görüşəcəklər.

    Bu barədə Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.

    O digər detalları açıqlamayıb.

    Qeyd edək ki, Prezident Vladimir Putin Alyaskaya səfər edən ilk Rusiya lideri olacaq.

    Bu barədə Rusiya mətbuatı xəbər verir.

    Qeyd olunur ki, indiyədək heç bir Rusiya prezidenti bu ştata səfər etməyib.

    Rusiya liderinin köməkçisi Yuri Uşakov məlumatı təsdiqləyib. Onun sözlərinə görə, yer seçimini iki ölkənin coğrafi yaxınlığı diktə edib.