XƏBƏRLƏR / Siyasət

Ceyhun Bayramov Trampın ev sahibliyi etdiyi qəbulda olub

XİN xəbər verir

Ceyhun Bayramov Trampın ev sahibliyi etdiyi qəbulda olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ Prezidenti Donald Trampın ev sahibliyi etdiyi qəbulda iştirak edib.

    Bu barədə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

    “Qəbul 8 avqustda keçirilmiş Vaşinqton Sammiti və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasından sonra Azərbaycan-ABŞ tərəfdaşlığının genişləndiyi dövrə təsadüf edir.

    Əlaqələndirmə, enerji, ticarət və investisiya sahələri də daxil olmaqla, əməkdaşlığın daha da gücləndirilməsinə ümidvarıq”, - məlumatda qeyd edilib.