Əliyev və Paşinyanı tarixi sülh münasibətilə təbrik ediblər
Bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev sosial şəbəkədə yazıb

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin 7-ci Sammitindən paylaşım edib.
“Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin Zirvə toplantısındakı ilk nitqində Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı tarixi sülhün əldə olunması münasibətilə təbrik edib”, - Hacıyev sosial şəbəkədə yazıb.