XƏBƏRLƏR / Siyasət

Gürcüstanın Aİ-yə daxil olması prosesi dayanıb

Bu barədə Avropa Komissiyasının press-relizində bildirilib

Gürcüstanın Aİ-yə daxil olması prosesi dayanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Gürcüstanın Avropa İttifaqına (Aİ) daxil olması prosesi faktiki olaraq dayanıb.

    Bu barədə Avropa Komissiyasının press-relizində bildirilib.

    Avropa Komissiyası Gürcüstan hökumətini siyasi kursunu dəyişməyə və Aİ-yə qoşulma yoluna dönməyə çağırıb.

    "Avropa Komissiyası Gürcüstanı yalnız nominal olaraq üzv ölkə hesab edir. 2024-cü ildən ölkədə vəziyyət kəskin şəkildə pisləşib, qanunun aliliyinin sürətlə sarsılması və fundamental hüquqlara ciddi məhdudiyyətlər ilə müşayiət olunan ciddi demokratik geriləmə müşahidə olunub" , - məlumatda deyilir.

    Qeyd edək ki, Gürcüstan hökuməti ötən ilin noyabrın 28-də Aİ-yə üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyini elan edib.